Neftçalada 4,9 milyon manatlıq dövlət əmlakı investisiya müsabiqəsinə çıxarılıb

16:35 - 18.09.2026


18 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Neftçala rayonunun Sübh kəndi ərazisində yerləşən, ümumi qiyməti 4,946,213 manat olan əmlak kompleksinin satışı üzrə investisiya müsabiqəsi elan edib.

Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər.

İddiaçılar ən azı 8,5 milyon manatlıq investisiya proqramı və minimum 100 yeni iş yerinin yaradılması ilə bağlı təkliflər təqdim etməlidirlər.

Qalib gələn tərəf müqavilə imzaladıqdan sonra dövlət büdcəsinə ən azı 2 milyon manat köçürməlidir.

Müraciətlərin qəbulu 19 oktyabr 2026-cı il tarixinədək davam edəcək, qiymətləndirmə isə 21 oktyabrda keçiriləcək.