12:16 - 17.09.2026
17 sentyabr, Fineko/abc.az. Azərbaycan hökumətinin ana hədəfi milli iqtisadiyyatın mürəkkəbliyini artırmaq və daha yüksək əlavə dəyər yaradan məhsul və xidmətlərin istehsalına nail olmaqdır.
"Baku ID" festivalında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bu məqsədə çatmağın əsas açarının istedad, texnologiya və düzgün ekosistemin vəhdətində olduğunu diqqətə çatdırıb.
Nazir vurğulayıb ki, insan amilinin həlledici rol oynaması üçün imkanlar yaradan siyasət və əlverişli mühit mütləqdir.
Dünya İqtisadi Forumu ilə tərəfdaşlığa toxunan Mikayıl Cabbarov ölkəmizdə IV Sənaye İnqilabı mərkəzinin yaradılması ilə nəticələnən əməkdaşlıq təcrübəsindən məmnunluğunu ifadə edib.
O, həmçinin İş Yerlərinin Yaradılmasının Sürətləndirilməsi proqramındakı iştirakını qeyd edərək əmək bazarındakı tələblərin sürətlə dəyişdiyini və savadlı kadr anlayışının yenidən formalaşdığını bildirib.
Nazirin sözlərinə görə, bu proses təkcə əmək bazarı çərçivəsi ilə məhdudlaşmır və daha geniş sosial-iqtisadi nəticələrə malikdir.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026