11:10 - 16.09.2026
16 sentyabr, Fineko/abc.az. Təsisçi strukturu dəyişən “Maksimus” MMC 2024-cü ili 93,9 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin əsas əməliyyat gəlirləri 16 milyon manata yaxınlaşdığı halda, satışın maya dəyəri 11,6 milyon manat, ümumi mənfəəti isə 4,4 milyon manat təşkil edib.
Hesabat dövründə tikinti şirkətinin aktivlərində kəskin böyümə qeydə alınıb; illik müqayisədə aktivlər 324,5% artaraq 40,5 milyon manatdan 172 milyon manata yüksəlib.
Bununla yanaşı, şirkətin öhdəlikləri də kəskin artaraq 37,4 milyon manatdan 170,9 milyon manata çatıb ki, bunun da 150,5 milyon manatını qısamüddətli borclar təşkil edir. Aktiv və öhdəliklərin artması fonunda şirkətin kapitalı 3,1 milyon manatdan 1,17 milyon manata geriləyib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026