BYD-nin Azərbaycandakı distribütorunun satış gəlirləri 14,8% azaldı

10:10 - 16.09.2026


16 sentyabr, Fineko/abc.az. “Sarda Group”a daxil olan və Çinin BYD avtomobil brendinin Azərbaycandakı rəsmi distribütoru olan “Electrify Azerbaijan” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin satış gəlirləri 14,8% azalaraq 87,8 milyon manatdan 74,8 milyon manata düşsə də, xalis mənfəəti 970,4% artaraq 449,6 min manatdan 4,8 milyon manata yüksəlib.

Mənfəətliliyin kəskin artmasına satışın maya dəyərinin 21,1% azalaraq 68,1 milyon manata düşməsi təsir göstərib. Nəticədə ümumi mənfəət 6,6 milyon manat, əməliyyat mənfəəti isə 5,3 milyon manat təşkil edib. İlin sonunda qrupun bölüşdürülməmiş mənfəəti 5,1 milyon manata çatıb.

Dövriyyə ərzində şirkətin inzibati xərcləri 1,3 milyon manata yüksəlib, maliyyə xərcləri isə 327,8 min manata enib.