ABŞ və Venesuela arasında tarixi razılaşma: Vaşinqton 65 milyard barellik neft ehtiyatına 100 illik çıxış əldə etdi

17:06 - 18.09.2026


18 Sentyabr, Fineko/abc.az. ABŞ hökuməti Venesuelanın təsdiqlənmiş ehtiyatları təxminən 65 milyard barel təşkil edən 17 neft yatağına 100 illik istismar (konsessiya) hüququ əldə edib.

"Financial Times" nəşrinin məlumatına görə, konsessiyalar "North American Blue Energy Partners" (NABEP) şirkətinə verilib. Razılaşma çərçivəsində ABŞ hökuməti xüsusi struktur vasitəsilə NABEP-də 35%-lik pay və xüsusi hüquqlar daxil olmaqla birbaşa nəzarət mexanizmi təsbit edib.

Ağ Ev bu razılaşmanı resurs bazasına uzunmüddətli nəzarəti təmin edən "dünya tarixinin ən böyük neft sövdələşməsi" kimi qiymətləndirib. Sazişin şərtlərinə əsasən, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) xammalın satın alınmasında üstünlük hüququ qazanıb. Çıxarılan neftin bir hissəsi Pentaqona maya dəyərinə, qalan həcmlər isə cari bazar qiymətləri ilə tədarük olunacaq.