“LU-MUN Holding” fəaliyyətinə xitam verərək “Bless” MMC-yə qoşulub

14:57 - 18.09.2026


18 sentyabr, Fineko/abc.az. Azərbaycanın iri holdinqlərindən olan “LU-MUN Holding” MMC yenidən təşkil olunma çərçivəsində fəaliyyətinə xitam verildiyini və “Bless” MMC-yə qoşulduğunu elan edib.

Bu birləşmə nəticəsində “Bless” MMC də yenidən təşkil edildiyini bəyan edib. Qeyd edək ki, tikinti, layihələndirmə, mühəndislik və istehsal daxil olmaqla müxtəlif biznes istiqamətlərində fəaliyyət göstərən müəssisələr “LU-MUN Holding” MMC-nin tərkibində cəmləşmişdi.

©Banker.az