17:22 - 18.09.2026
18 sentyabr, Fineko/abc.az. Avtobusların qrafikə uyğun gecikmədən hərəkət etməsi məqsədilə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində ("20 Yanvar" metrostansiyası istiqamətində) avtobus zolağının qüvvədə olma müddəti axşam saatlarında 1 saat artırılıb.
AYNA-dan verilən məlumata görə, qeyd olunanla bağlı həmin yol sahəsində avtobus zolağının qüvvədə olma vaxtını göstərən yol nişanında dəyişiklik edilib. Əvvəl xüsusi hərəkət zolağının qəvvədəolma müddəti axşam saatlarında 17:00–20:00 idisə, hazırda 17:00–21:00 aralığındadır.
Sürücülərə dəyişikliyi nəzərə alaraq diqqətli olmaları tövsiyə olunur.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026