10:11 - 16.09.2026
16 sentyabr, Fineko/abc.az. Elektrik nəqliyyat vasitələrinin satışı, servisi və doldurma stansiyalarının idarə edilməsi ilə məşğul olan “Electrify Azerbaijan” MMC 2025-ci ildə balans göstəricilərini kəskin böyüdüb.
Qrupun birləşdirilmiş aktivləri illik müqayisədə 2 536,5% artaraq 122,6 milyon manata çatıb.
Aktivlərin sıçrayışlı artımına nəğd pul vəsaitlərinin 60,1 milyon manata və ehtiyatların 53,2 milyon manata yüksəlməsi səbəb olub.
Eyni zamanda şirkətin öhdəlikləri 117,5 milyon manata, kreditor borcları isə 114,9 milyon manata çatıb. Tərkibinə elektrik avtobuslarının istehsalı ilə məşğul olan “Azerbaijan Energy Automotive Factory” MMC-nin də daxil olduğu qrupun kapitalı 5,1 milyon manat təşkil edib, əməliyyat fəaliyyətindən yaranan xalis pul axını isə 57,3 milyon manata yüksəlib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026