10:36 - 11.09.2026
11 sentyabr, Fineko/abc.az. “Dokta” MMC-nin qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satdığı müəyyən edilib.
Şirkət barəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 5 avqust 2026-cı ildə inzibati xəta haqqında protokol tərtib edilib.
Rəsmi məlumata əsasən, “Dokta” MMC qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb. Pozuntu “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinə aid edilib.
Qanunun 13.1-ci maddəsinə əsasən, satıcı malın qiyməti və digər mühüm xüsusiyyətləri barədə istehlakçıya zəruri və düzgün məlumat verməyə borcludur.
Fakt İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə, yəni malın hesabına dair istehlakçının az miqdarda aldadılması kimi qiymətləndirilib. Həmin maddəyə əsasən, hüquqi şəxslər üçün 4 000 manatdan 6 000 manatadək cərimə nəzərdə tutulur.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
10 Sentyabr 2026
11 Sentyabr 2026