16:04 - 18.09.2026
18 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda hüquqi şəxslərdən dövlət büdcəsinə daxil olan mənfəət vergisi ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% artaraq 5 milyard 184,9 milyon manata çatıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu verginin büdcə gəlirlərindəki payı 21,97%-ə yüksəlib və dövlət büdcəsinə daxil olan hər 100 manatın təxminən 22 manatını təşkil edib.
İllik 6 milyard 580 milyon manatlıq proqnozun artıq 78,8%-i təmin olunub. Dövlət Vergi Xidmətinin məlumatına əsasən, ƏDV və aksiz istisna olmaqla ən yüksək vergi ödəyiciləri arasında “BP Exploration”, “Azneft” İB, “Lukoil Overseas” və “Turkish Petroleum” kimi iri enerji şirkətləri ilk sıralarda yer alır.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026