Ölkədə kommersiya qurumlarının sayı 212 mini keçdi

14:33 - 10.09.2026


10 sentyabr, Fineko/abc.az. Azərbaycanda 1 sentyabr 2026-cı il tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin sayı illik 4,7 % artaraq 1 722 227-yə çatıb.

 Dövlət Vergi Xidmətinin məlumatına görə, ödəyicilərin 86,7 %-i fiziki, 13,3 %-i isə hüquqi şəxslərdən ibarətdir.

Avqustun sonuna kommersiya qurumlarının sayı 6,6 % artaraq 212 668-ə yüksəlib. Ay ərzində qeydiyyatdan keçən 1 114 yeni şirkətin 85,4 %-i yerli, 14,6 %-i xarici sərmayəlidir. Yeni yerli MMC-lərin 96,6 %-i elektron qaydada qeydiyyata alınıb.