17:20 - 18.09.2026
18 Sentyabr, Fineko/abc.az. Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco" Qırmızı dənizə uzanan Şərq-Qərb əsas neft kəmərinə PUA hücumundan sonra gələn ay Avropa neft emalı zavodlarına (NEZ) xam neft çatdıra bilməyəcəyini açıqlayıb. Şirkət müqaviləli Avropa alıcılarına çatdırılmaların dayandırıldığını bildirib.
Tədarükün dayandırılması bazarda gərginliyə sabəb olub. Məsələn, Polşanın "Orlen" şirkəti alternatvlər tapmaq üçün artıq 10-dan çox hərrac elan edib. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, İƏTİ (OECD) Avropa ölkələri Səudiyyə Ərəbistanından gündəlik orta hesabla 577 min barel xam neft idxal edir.
Bərpa işləri çərçivəsində boru kəmərinin tam gücü ilə fəaliyyətini bərpa etməsi 6 həftə çəkəcək.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026