11:53 - 25.08.2025
25 avqust, Fineko/abc.az. ABC və NBC telekanalları yayım hüququ üçün pul ödəmədikləri üçün lisenziyalardan məhrum ola bilərlər.
ABC.AZ xəbər verir ki, bu barədə Donald Tramp avqustun 25-də Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb.
Tramp kanalları "saxta" və "bütün dünyada ən pis və qərəzli televiziya kanalları" adlandırıb.
Onun sözlərinə görə, ABC və NBC yayım hüququ üçün ildə milyonlarla dollar ödəmirlər.
"Onlar, respublikaçıların və demokratların fəaliyyətinin yanlış işıqlandırdıqlarına görə lisenziyalarından məhrum edilməli və ya heç olmasa çox pul ödəməlidirlər", — deyə prezident yazıb.