ABŞ İrana qarşı sanksiyaları genişləndirib

10:39 - 22.08.2025


22 avqust, Fineko/abc.az. ABŞ Maliyyə Nazirliyi Yunanıstan vətəndaşı Antonios Marqaritisə, İran neftinin nəqli ilə bağlı 13 şirkətə və 8 tankerə qarşı sanksiyalar tətbiq edib. 

ABC.AZ xəbər verir ki, siyahıya Çin, BƏƏ və Marşal adalarından olan firmalar, həmçinin Panama, Hong Kong, Qambiya və digər ölkələrin bayraqları altında gəmilər daxildir.

Dövlət Departamentindən verilən məlumata görə, sanksiya siyahısına Çində "milyonlarla barel İran neftinin qanunsuz daşınmasına kömək etməsi" iddia edilən terminalları və neft anbarlarını idarə edən iki şirkət daxil edilib.

Sanksiya siyahısında olmaq ABŞ-dakı aktivlərin bloklanmasını və ABŞ vətəndaşlarına və şirkətlərinə bu şəxslər və təşkilatlarla iş görməyi qadağan etməyi nəzərdə tutur.