15:18 - 12.08.2025
12 avqust, Fineko/abc.az. 2025-ci ilin altı ayında Azərbaycanın qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,4 faiz), Türkiyəyə (16,4 faiz), Gürcüstana (8,8 faiz), İsveçrəyə (8,6 faiz), Ukraynaya (5,5 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,0 faiz), Qazaxıstana (3,0 faiz), ABŞ-a (2,1 faiz), Belarusa (2,1 faiz), Türkmənistana (1,7 faiz), Özbəkistana (1,6 faiz), İtaliyaya (1,3 faiz), Çinə (1,1 faiz), Almaniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumat verilir ki, ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Çin, 16,7 faizi Rusiya, 10,3 faizi Türkiyə, 4,8 faizi ABŞ, 4,5 faizi Birləşmiş Krallıq, hər biri 3,9 faiz olmaqla Qazaxıstan və Almaniya, 3,1 faizi Avstraliya, 2,5 faizi İran, 2,3 faizi Cənubi Afrika Respublikası, 2,2 faizi İtaliya, 1,9 faizi Meksika, hər biri 1,8 faiz olmaqla Özbəkistan və Yaponiya, 1,7 faizi Braziliya, hər biri 1,5 faiz olmaqla Koreya, İsveçrə və Belarus, hər biri 1,2 faiz olmaqla Kanada və Ukrayna, 14,0 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.