Rusiya Türkiyədən böyük miqdarda yoluxmuş bibər idxalını dayandırıb 

16:39 - 11.08.2025


11 avqust, Fineko/abc.az. Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti, Moskva bölgəsinə karantin obyektinə yoluxmuş təxminən 14 ton təzə bibər idxalını bloklayıb.

ABC.AZ xəbər verir ki, yoxlama zamanı Rusiya Federasiyası üçün karantin obyekti olan Qərb çiçək tripsi (Frankliniella occidentalis Pergande) aşkar olunub.Yük sahibinə yoluxmuş karantin məhsulları ilə bağlı tədbirlərin görülməsinin zəruriliyi barədə bildiriş verilib.

Qərb çiçək tripsi qapalı torpaqda ən təhlükəli zərərvericilərdən biridir və tripslər dəstəsinin ən zərərli nümayəndəsidir. İstixanalardakı əkinçilik və dekorativ bitkiləri və müxtəlif alaq otları da daxil olmaqla bir çox fərqli bitkiyə təsir göstərir.