Rusiya kosmosa İran peyki buraxıb 

19:50 - 25.07.2025


25 iyul, Fineko/abc.az. Rusiya İranın "Nahid-2" peykini kosmosa göndərib. Həmçinin orbitə daha 20 kosmik cihaz çıxarılıb.

ABC.AZ xəbər verir ki, "Nahid-2" telekommunikasiya peyki İran Kosmik Tədqiqatlar Mərkəzi tərəfindən layihələndirilib. Peyk İslam Respublikasının kosmik proqramı üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, onun köməyi ilə tədqiqatçılar bort mühərriklərini orbital uçuş şəraitində sınaqdan keçirməyi planlaşdırırlar.