ABŞ və Avropa ölkələri İranla nüvə sazişi üçün son tarix kimi avqustun sonunu müəyyən ediblər

11:51 - 16.07.2025


16 iyul, Fineko/abc.az. ABŞ, Fransa, Almaniya və Böyük Britaniya avqustun sonunu İranla nüvə sazişinə nail olmaq üçün son tarix kimi təyin etmək qərarına gəliblər, əks halda İslam Respublikasında daha öncə ləğv olunan sanksiyalar bərpa olunacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Axios mənbələrə istinadən yazır.

Sözügedən müddətə qədər heç bir razılaşma əldə edilməzsə, üç Avropa ölkəsi, BMT Təhlükəsizlik Şurasının İranla 2015-ci il müqaviləsinə uyğun olaraq ləğv edilmiş bütün sanksiyalarını avtomatik olaraq bərpa edəcək "anidən geri dönüş" mexanizmini işə salmağı planlaşdırır.