11:21 - 10.07.2025
10 iyul, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artaraq 1,8 milyard dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyul sayına qeyd edilib. İcmalda bildirir ki, 2025-ci ilin yanvar-iyun aylarında yeyinti məhsullarının ixracı 19,1 faiz artaraq 564,7 milyon dollara bərabər olub.
İcmala əsasən, cari ilin altı ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 7,4 milyon dollar və ya 54,4 faiz, kimya sənayesi məhsulları 48,7 milyon dollar və ya 38,7 faiz, meyvə-tərəvəz 81,2 milyon dollar və ya 24,3 faiz, pambıq iplik 1,8 milyon dollar və ya 16,6 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 5,1 milyon dollar və ya 12,5 faiz, çay 62,5 min dollar və ya 2 faiz, alüminium və ondan hazırlanan məmulatlar 666,8 min dollar və ya 0,7 faiz artıb.
8 Avqust 2026
8 Avqust 2026