09:25 - 30.05.2025
30 may, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda neftin etalon markalarının qiyməti aşağı düşür.
ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:20-yə olan məlumata əsasən $0,21 (0,33%) azalaraq bir barel üçün $63,94 təşkil edib. 29 may tarixində keçirilən ticarət sessiyasının yekununda Brentin iyul fyuçersləri $0,75 (1,16%) ucuzlaşaraq $64,15 dollar/barel olmuşdu.
NYMEX əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinin qiyməti isə saat 09:20-yə olan məlumata əsasən $0,19 (0,31%) azalaraq $60,75/barel təşkil edib. 29 may tarixində keçirilən ticarətlərin nəticəsinə görə WTI iyul fyuçersi $0,90 (1,46%) ucuzlaşaraq $60,94/barel olub.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026