Aİ Xarici İşlər Nazirləri mayın 20-də Suriyaya qarşı sanksiyaların ləğvini razılaşdıracaq

12:09 - 20.05.2025


20 may, Fineko/abc.az. Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri mayın 20-də Suriyaya qarşı iqtisadi sanksiyaların ləğvi barədə razılığa gəlmək niyyətindədirlər.

ABC.AZ xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas bildirib.