Google “100 Zeros” adlı kino və televiziya istehsalı bölməsi yaradır

16:59 - 6.05.2025


6 may, Fineko/abc.az. Google şirkəti Range Media Partners ilə birlikdə “100 Zeros” adlı yeni kino və televiziya istehsalı bölməsinin yaradıldığını elan edib.

ABC.AZ xəbər verir ki, şirkət artıq 2024-cü ildə çıxacaq qorxu filminə investisiya edib. Gələcəkdə isə bu layihələr vasitəsilə Pixel smartfonları və süni intellekt məhsulu olan Gemini kimi məhsullarının tanıdılmasını planlaşdırır.

Layihə Apple TV+ platformasının yanaşmasını xatırladır – burada da kontent vasitəsilə brendin məhsulları nümayiş olunur.

“100 Zeros” adının mənşəyi isə “googol” – 1 rəqəmi və 100 sıfırdan ibarət olan ədəddən qaynaqlanır.