Neft ucuzlaşmaqda davam edir, Brent – 59,16 dollar/barel

09:25 - 5.05.2025


5 may, Fineko/abc.az. Etalon markaların qiymətləri ötən həftə baş verən ucuzlaşmadan sonra bazar ertəsi ticarət sessiyalarında enməkdə davam edir.

ICE Futures birjasında iyul ayı üzrə Brent markalı neftin fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 09:20-yə olan məlumata əsasən $2,13 və ya 3,48% azalaraq 1 barelə $59,16 təşkil edib. 2 may ticarət sessiyasının yekununa görə iyul fyuçersi $0,84 və ya 1,35% ucuzlaşaraq $61,29 olmuşdu.

NYMEX əmtəə birjasında iyun ayı üzrə WTI markalı neftin fyuçerslərinin qiyməti $2,20 və ya 3,77% azalaraq 1 barel üçün $56,09-a düşüb. 2 may sessiyasının nəticələrinə əsasən, iyun fyuçersi $0,95 və ya 1,60% ucuzlaşaraq $58,29 təşkil etmişdi.

Ötən həftə ərzində Brent markalı neft 6,85%, WTI markalı neft isə 7,51% ucuzlaşıb.