10:50 - 1.05.2025
1 may, Fineko/abc.az. ABŞ 145%-lik gömrük rüsumlarının tətbiqi ilə bağlı Çinlə danışıqlar aparmağa çalışır.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat Çin dövlət televiziyası CCTV ilə əlaqəli sosial media hesabı olan Yuyuan Tantian tərəfindən yayımlanıb.
Sözügedən hesabın rəsmi Weibo səhifəsində dərc olunan məlumata görə, ABŞ bu məsələni müzakirə etmək ümidi ilə Çinlə bir neçə kanal vasitəsilə fəal şəkildə əlaqə saxlayıb.
Lakin Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Czyakün çərşənbə günü bildirib ki, onun məlumatına əsasən, ABŞ və Çin arasında bu rüsumlarla bağlı heç bir danışıqlar və ya məsləhətləşmələr aparılmayıb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026