Azərkosmos tərəfindən 40 ölkəyə 4 milyon dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib

16:19 - 30.04.2025


30 aprel, Fineko/abc.az 2025-ci ilin yanvar-mart aylarında  Kosmik Agentlik (Azərkosmos) tərəfindən dünyanın 40 ölkəsindən 100-ə yaxın şirkətə 4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

ABC.AZ xəbər verir ki, bu barədə “İxrac icmalı”nın aprel sayında qeyd edilib.

Sözügedən sayda bildirilir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib. 2025-ci ilin mart ayında isə “Azərkosmos” dünyanın 39 ölkəsinə 1,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2025-ci ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 1 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 890,3 min ABŞ dolları ilə Lüksemburq, 213,4 min ABŞ dolları ilə Nigeriya, 179 min ABŞ dolları ilə Misir və 174 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.