11:10 - 30.04.2025
30 aprel, Fineko/abc.az. Əfsanəvi sahibkar Bill Qeyts bu yaxınlarda süni intellektin (Sİ) gələcəklə bağlı necə böyük təsir göstərəcəyindən danışıb. O, Sİ-nin birinci növbədə müəllim və həkim çatışmazlığı problemini həll edəcəyini deyir.
ABC.AZ xəbər verir ki, Qeyts əmindir ki, bu texnologiya hətta fiziki əməyə əsaslanan, “mavi yaxalı” adlandırılan peşələrdə də işçi qüvvəsi çatışmazlığını aradan qaldıra bilər.
“Süni intellekt müəllim və həkim çatışmazlığını aradan qaldıracaq”
Qeyts podkastların birində bildirib ki, artıq həkim və müəllim çatışmazlığı problemi unudulacaq, çünki bu məsələləri süni intellekt həll edəcək:
“Süni intellekt tibb sahəsində ixtisaslı mütəxəssislərin çatışmazlığını kompensasiya edəcək”.
Qeyts uzun illərdir ictimai səhiyyə məsələlərinə diqqət ayırır və bildirir ki, Hindistan və Afrika ölkələri hələ də tibb işçilərinin çatışmazlığı ilə üz-üzədir. ABŞ da bu çətinliklərlə qarşılaşır.
3 Avqust 2026
4 Avqust 2026