11:20 - 29.04.2025
29 aprel, Fineko/abc.az. İstanbulda baş verən zəlzələdən sonra bəzi iri Rusiya turoperatorlarında turların satışı 25% azalıb.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın Turistik Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
PEGAS Touristik-ə görə, qısamüddətli bronların 30%-ə qədəri ləğv olunub və ya payıza təxirə salınıb. ISTANTOUR yaxın zamanda turist axınının 25–30% azalacağını proqnozlaşdırır. Kütləvi ləğvlər və ya təcili geri qayıdış halları qeydə alınmayıb.
23 apreldə Silivri sahillərində 6,2 bal gücündə zəlzələ olub, 236 nəfər xəsarət alıb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026