Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini yenə stabil saxladı

16:14 - 25.04.2025


25 aprel, Fineko/abc.az. Rusiya Mərkəzi Bankı növbəti dəfə uçot faiz dərəcəsini illik 21% səviyyəsində saxlayıb.

ABC.AZ xəbər verir ki, bu qərar tənzimləyicinin direktorlar şurasının iclasında qəbul edilib. Tənzimləyici aydınlaşdırıb ki, inflyasiya 4%-lik hədəfə çatana qədər sərt pul siyasəti davam etdiriləcək.

“Uçot dərəcə ilə bağlı əlavə qərarlar inflyasiyanın azalmasının sürətindən və davamlılığından asılı olaraq qəbul ediləcək. Əsas ssenariyə görə, bu, 2025-ci ildə illik 19,5-21,5%, 2026-cı ildə isə 13-14% diapazonunda olacaq”, – Rusiya Mərkəzi Bankın açıqlamasında deyilir.