09:40 - 25.04.2025
25 aprel, Fineko/abc.az. Etalon neft markalarının qiymətləri ötən sessiyanın artımından sonra cümə günü keçirilən ticarətlərdə də yüksəlməkdə davam edir.
ICE Futures birjasında Brent markalı neftin iyun ayı üzrə fyuçerslərinin qiyməti saat 09:35-ə olan məlumata görə 0,36 dollar (0,54%) artaraq bir barelə 66,91 dollar təşkil edib.
24 aprel tarixində başa çatan ticarət sessiyasında isə iyun fyuçersləri 0,43 dollar (0,65%) bahalaşaraq 66,55 dollar/barel olmuşdu.
NYMEX əmtəə birjasında WTI markalı neftin iyun fyuçersi isə saat 09:35-ə olan məlumata əsasən 0,38 dollar (0,61%) bahalaşaraq 63,17 dollar/barel təşkil edib.
24 aprel ticarətlərinin nəticəsinə görə, bu göstərici 0,52 dollar (0,84%) artaraq 62,79 dollar/barel olmuşdu.
Bununla belə, həftəlik dinamika üzrə: Brent markalı neft 1,55% ucuzlaşıb, WTI markalı neft isə 1,31% dəyər itirib.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026