Mərkəzi Bank "myGov" platformasına əlavə olunub

10:50 - 17.04.2025


17 aprel, Fineko/abc.az. Mərkəzi Bank "myGov" platformasında (my.gov.az) vətəndaşlara xidmət göstərən qurumların siyahısına əlavə olunub.

Mərkəzi Bankdan ABC.AZ-a verilən məlumata görə, sözügedən platforma üzərindən elektron müraciətlərin qəbul olunması imkanı yaradılıb.

"Mərkəzi Bank tərəfindən vətəndaşların Banka müraciət imkanlarının genişləndirilməsi və müraciətlər üzrə məlumat əlçatanlığının təmin olunması diqqətdə saxlanılır. Mərkəzi Bankın "myGov" platformasında vətəndaşlara xidmət göstərən qurumlar siyahısına əlavə olunmaqla, sözügedən platforma üzərindən elektron müraciətlərin qəbul olunması imkanının yaradılması bu istiqamətdə növbəti mühüm təşəbbüsə çevrilib", - məlumatda bildirilib.

"Qeyd edək ki, Azərbaycan Respublikasında rəqəmsal hökumət quruculuğunun mühüm tərkib hissələrindən biri olan və geniş istifadəçi auditoriyasına malik myGov (my.gov.az) platforması vətəndaşlara dövlət və özəl sektor xidmətlərinə vahid pəncərə prinsipi əsasında rahat və operativ çıxış imkanı yaradır.