"Azərbaycan Sənaye Bankı" ASC-nin fiziki şəxsləri depozitlərini geri çəkir

12:30 - 16.04.2025


16 aprel, Fineko/abc.az. "Azərbaycan Sənaye Bankı" ASC (ASB) 2025-ci ilin 1-ci rübünü 1 milyon 740 min manat xalis mənfəət ilə başa vurub.

ABC.AZ xəbər verir ki, buna baxmayaraq Bankın depozit portfelində fiziki şəxslərin əmanətləri son 3 ay ərzində 5 milyon 134 min manat və ya 2% azalaraq 300 milyon 898 min manata düşüb. Hüquqi şəxslərin depozitləri isə 39 milyon 632 min manat və ya 28% artaraq 182 milyon manata bərabər olub.

Balans kapitalı isə 56 milyon 863 min manat (8%) böyüyərək 795 milyon 898 min manat təşkil edib.

Müəllif: Elmir Murad