10:15 - 15.04.2025
Bank Respublika ölkənin bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqləyib.
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2025-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, Bank Respublika ölkənin bank sektorunun liderlərindən biri olduğunu bir daha təsdiqləyib və fəaliyyətinin əsas istiqamətlərində dayanıqlı artım nümayiş etdirib.
Əldə olunan nəticələr müştəriyə yönəlik strategiya, rəqəmsal texnologiyalara aktiv investisiyalar, risklərin effektiv idarə olunması və biznes modelinin şaxələndirilməsi sayəsində mümkün olub.
Belə ki, Bank ötən ilin analoji dövrü ilə müqayisədə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:
2025-ci ilin birinci rübü üzrə əsas maliyyə göstəriciləri:
Maliyyə sabitliyinin mühüm göstəriciləri:
“Birinci rübdə bütün əsas maliyyə göstəriciləri üzrə əldə etdiyimiz artım bizim uzunmüddətli strategiyamızın nəticəsidir. Bu strategiya yeniliklərə, dayanıqlığa və müştərilər tərəfindən yüksək etimadın təmin olunmasına əsaslanır. Biz rəqəmsal həlləri inkişaf etdirməyə və həm pərakəndə, həm də korporativ bankçılıq sahəsində mövqelərimizi möhkəmləndirməyə davam edəcəyik” — deyə Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
Qeyd etmək lazımdır ki, 2025-ci ilin birinci rübü ərzində Bank Respublika, müştəri xidmətinin keyfiyyətini artırmaq və məhsul çeşidini genişləndirmək məqsədilə bir sıra strateji təşəbbüsləri uğurla həyata keçirib. Xüsusilə rəqəmsal transformasiya sahəsində atılan addımlar, bank xidmətlərinin əlçatanlığını və operativliyini əhəmiyyətli dərəcədə artırıb.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
18 Avqust 2026
17 Avqust 2026