12:10 - 10.04.2025
10 aprel, Fineko/abc.az. Bəzi alman siyasətçilərinin Almaniyanın qızıl ehtiyatlarının ABŞ-dən geri qaytarılması tələblərinə baxmayaraq, İsveç Mərkəzi Bankı (Sveriges Riksbank) öz qızıl rezervini Nyu-Yorkdakı Federal Ehtiyat Bankından çıxarmaq niyyətində deyil.
ABC.AZ xəbər verir ki, hazırda İsveçin qızıl ehtiyatlarının təxminən 13 faizi bu bankda saxlanılır.
“Riksbank”ın bazarlar üzrə şöbə rəhbəri Heydi Elmer vurğulayıb ki, bank Amerika anbarına tam etibar edir və mütəmadi olaraq qızılın yoxlanması və təkrar sayılması işlərini həyata keçirir. Ehtiyatların hazırkı bölgüsünə yenidən baxılması üçün heç bir əsas yoxdur.
2025-ci ilin mart ayına olan məlumata görə, “Riksbank” dəyəri 126 milyard İsveç kronu olan (təxminən 11,6 milyard ABŞ dolları) 125,7 ton qızıla malikdir. Ehtiyatların əsas hissəsi Böyük Britaniyada, qalan hissəsi isə İsveç, ABŞ, Kanada və İsveçrədə saxlanılır.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026