BVF-nin Azərbaycan büdcəsinin dayanıqlılığı üçün hökümətə tövsiyyələri - Siyahı

17:00 - 9.04.2025


9 aprel, Fineko/abc.az Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına əsasən, büdcə dayanıqlığını gücləndirmək üçün Azərbaycan hakimiyyəti geniş tədbirlər spektrini həyata keçirməlidir.

ABC.AZ xəbər verir ki, bu BVF-nin hesabat xarakterli proqnozunda qeyd edilir.

Sözügedən proqnozda xərclərə də yer ayrılıb və qeyd esilib:

"Xərclərə gəlincə, IMF əməkhaqqı fondunda artımı məhdudlaşdırmağı, subsidiya sistemini rasionallaşdırmağı və eyni zamanda, onların səmərəliliyini artırmaqla dövlət investisiyalarının həcmini tədricən azaltmağı məsləhət görür. Bu mənada tənzimlənən qiymətlərin son artımı müsbət qiymətləndirilir. Həmçinin PIMA metodologiyası üzrə investisiya idarəetməsinin qiymətləndirilməsinin aparılmasını nəzərdən keçirmək təklif olunur" - deyə hesabatda vurğulanıb.

Üstəlik, BVF fiskal qaydanın gücləndirilməsinin vacibliyini vurğulayır. Hərçənd daha əvvəl hədəf göstəriciləri yerinə yetirilirdi (əsasən 2022-ci ildə əhəmiyyətli dərəcədə artıq yerinə yetirilmə hesabına), orta müddətli perspektivdə kurs dəyişib.

“Fiskal qaydaya inamı gücləndirmək üçün gələcəkdə belə kənarlaşmalardan qaçmaq və ardıcıl olaraq kəsiri azaltmaq vacibdir. Büdcə qanunvericiliyində planlaşdırılan dəyişikliklər fonunda, hakimiyyət həmçinin qaydadan mümkün kənarlaşma şərtlərini daha aydın formalaşdıra və avtomatik korreksiya mexanizmini tətbiq edə bilər. İllik büdcənin fiskal qaydaya bağlanması üzrə işi davam etdirmək və fiskal risklərin qiymətləndirilməsini gücləndirmək lazımdır”, – Beynəlxalq Valyuta Fondunun ekspertləri hesab edirlər.