14:23 - 9.04.2025
9 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanın strateji valyuta ehtiyatlarının 71 milyard dolları keçəcəyini proqnozlaşdırır.
ABC.AZ xəbər verir ki, IMF Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarının isə qarşıdakı beş ildə azalan dinamika ilə davam edəcəyini proqnozlaşdırıb.
Fond bu il üzrə AMB-nin valyuta ehtiyatlarının 10,76 mlrd. dollar, gələn il 10,56 mlrd. dollar, 2027-ci ildə 10,36 mlrd. dollar, 2028-ci ildə 10,16 mlrd. dollar, 2029-cu ildə isə 9,96 mlrd. dollara qədər azalacağını proqnozlaşdırıb.
18 Avqust 2026
17 Avqust 2026