12:13 - 8.04.2025
8 aprel, Fineko/abc.az. Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın ticarət müharibəsi elan etməsi ilə əlaqədar çərşənbə axşamı ölkədə fövqəladə iqtisadi vəziyyət tətbiq edəcəyini bildirib. "Sabah Venesuela iqtisadiyyatını qorumaq üçün fövqəladə iqtisadi vəziyyət haqqında Konstitusiya Fərmanı imzalayacağam".
ABC.AZ xəbər verir ki, bu barədə o, bazar ertəsi Venezolana de Televiziyanın "Maduro Plus ilə" proqramında bildirib.
Venesuela lideri hesab edir ki, "ABŞ hökuməti dünya iqtisadi qaydalarını pozur, Beynəlxalq Ticarət və iqtisadi hüququ və Dünya Ticarət təşkilatını məhv edir". O qeyd edib ki, "bütün dünya və hər şeydən əvvəl Amerika xalqı maliyyə bazarlarının çökməsindən əziyyət çəkib".
“Venesuelada ölkəni bütün mümkün mənfi təsirlərdən qorumaq və Dünya İqtisadi müharibəsinə cavab vermək üçün ticarət müharibəsinin mənfi təsirləri yaxından izlənilir”, — deyə Maduro bildirib.
ABŞ prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumlarının tətbiq olunduğunu elan etdi. 10% universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minəcək.