09:35 - 8.04.2025
8 aprel, Fineko/abc.az. Etalon markaların qiymətləri ardıcıl 3 sessisya yekununda düşdükdən sonra çərşənbə axşamı hərracda yüksəlir.
ICE Futures birjasında Brent markalı neftin iyun fyuçersləri saat 09:32-də $0,75 (1,17%) - bir barelə $64,96-a yüksəldi. 7 aprel ticarətinin nəticələrinə görə, Brent neftinin iyun fyuçersləri $1,37 (2,09%) - bir barelə $64,21-a qədər ucuzlaşdı.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin may fyuçersləri saat 09:32-də $0,78 (1,29%) artaraq bir barelə $61,48-a çatıb. 7 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin may fyuçersləri $1,29 (2,08%) azalaraq bir barelə $60,70-a düşüb.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026