16:50 - 4.04.2025
4 aprel, Fineko/abc.az. Avropa İttifaqı Çindən gələn mallara qarşı təcili tədbirlər görməyə hazırlaşır, çünki ABŞ-ın artan rüsumları səbəbindən Asiyadan gələn ucuz malların axınına məruz qala bilər.
ABC.AZ xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat verib.
Analitiklərin xəbərdarlıq etdiyi kimi, hadisələrin bu cür cərəyan etməsi Avropa İttifaqının onsuz da çətin vəziyyətini ağırlaşdıra bilər. Deutsche Bank-ın baş iqtisadçısı Robin Vinklerin sözlərinə görə, Asiyanın Vaşinqtonun tarifləri səbəbindən yaşadığı ticarət şoku, ehtimal ki, Avropaya da təsir edəcək. Amerika bazarını itirən Çin istehsalçıları AB-də daha çox məhsul satmağa çalışacaqlar. Bu o deməkdir ki, Brüssel, xüsusən də Çinin elektromobillərinə rüsum tətbiq etdiyi üçün qoruyucu tədbirlər görməli olacaq.
Fransa AB-ni ABŞ tariflərinə qarşılıqlı tədbirlər görməməyə çağırır. Fransanın maliyyə naziri deyir ki, Trampın yeni tariflərinə cavab olaraq analoji tədbirlərin tətbiq edilməsi AB istehlakçılarına mənfi təsir göstərə bilər.
JPMorgan, rüsumlar davam edərsə, qlobal tənəzzül ehtimalını 60% qiymətləndirir. Bununla yanaşı, bir çox ekspertlər hesab edirlər ki, Tramp bir çox ölkələrlə müqavilə bağlayacaq.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026