15:11 - 4.04.2025
4 aprel, Fineko/abc.az. İstilər başlayandan bəzi mövsümi tərəvəzlərə də təlabat artıb.
Bunu fürsət bilən işbazlar da adətləri üzrə qiymətləri kəlləçarxa çıxarıblar.
Belə ki, ötən il kilosu 3 manat olan pomidor indi böyük marketlərdə 6 manatdan təklif edilir.
Məsələn, "Araz market"lərdə pomidorun kilosu 6 manat, xiyarın kiloqramı 3,50, 5 manat arasında satılır. "Oba market"lərdə də qiymətlər "Araz marketlər"dəkindən cüzi fərqlənir. Yəni, "Oba"da pomidor 5,50, xiyar isə 3 manat 4 manat arasında dəyişir.
"Bravo" marketlərdəki qiymətlər də əl yandırır. Xiyarın kilosunun 4, pomidorun kilosunun isə 5,69 olduğu "Bravo"larda digər tərəvəzlərin qiyməti də aşağı deyil. Nəzərə alsaq ki, "Araz" marketlər tərəvəzləri tonlarla, əkilməzdən əvvəl fermerlərdən alır, açıq-aydın inhisarçılığın olduğunu görsənir. Hətta, bəzi məlumatlara görə, "Veysəloğlu"na aid olan "Araz market"lərin bir sıra rayonlarda torpaq alıb tərəvəzləri özləri yetişdirdiyi bildirilir. Deməli, əslində sözügedən tərəvəzlər daha ucuz qiymətə başa gəlsə də, şirkət qiymətləri məqsədli şəkildə "ceyran belinə" çıxardır. Qeyd edək ki, bazarlarda isə sözügedəm tərəvəzlərin kilosu müvafiq olaraq 4 manat, 2 manat arasında dəyişir.
Müəllif: Elmir Murad.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026