“Shell” şirkətinin keçmiş rəhbəri Nigeriya Dövlət Neft Şirkətinə rəhbərlik etdi

18:05 - 2.04.2025


2 aprel, Fineko/abc.az. Nigeriya Prezidenti Bola Əhməd Tinubu, “Shell” şirkətinin keçmiş rəhbəri Bayu Ocularini NNPC Ltd Dövlət Neft Şirkətinin rəhbəri təyin edib. 

ABC.AZ xəbər verir ki, səbəb ölkənin neft hasilatını artırmaq və neft emalı gücünü bərpa etmək istəyi olub. Prezidentin fikrincə, bu, Dövlət Neft Şirkətinin ölkə gəlirlərinə töhfəsini maksimum dərəcədə artırmağa kömək edəcək.

Gündə 1,8 milyon barel hasilatı ilə Afrikanın ən iri neft istehsalçısı olan Nigeriya, bu xammalın satışından dövlət gəlirlərinin təxminən yarısını alır.
İndi ölkə 2027-ci ilə qədər neft hasilatını gündə 2 milyon barelə, qaz hasilatını isə gündə 8 milyard standart kub fut qaza qədər artırmağı planlaşdırır. 2030-cu ilə qədər artım gündə 3 milyon barel və gündə 10 milyard standart kub fut təşkil etməlidir.