17:25 - 10.03.2025
10 mart, Fineko/abc.az. 2024-cü ildə Azərbaycan xaricə 2 milyon 725 min dollar dəyərində 2 min 903 ton heyva ixrac edib.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, aylıq statistikasına istinadən ixrac 2023-cü illə müqayisədə dəyər ifadəsilə 431,1 min dollar və ya 13,7%, miqdar ifadəsilə 570 ton və ya 16,4% azalıb.
2023-cü ildə Azərbaycandan 3 milyon 156 min dollar dəyərində 3 min 473 ton heyva ixrac edilmişdi.
Hesabat dövründə 1 kq heyvanın orta ixrac qiyməti 1,60 manat təşkil edib ki, bu da illik müqayisədə 5 qəpik (3,3%) çoxdur.
Qeyd edək ki, 2023-cü ilin yekun nəticələrinə görə 1 kq heyvanın orta ixrac qiyməti 1,55 manat idi.