Gürcüstan Milli Bankı valyuta alışını bərpa edib

17:09 - 10.03.2025


10 mart, Fineko/abc.az. Gürcüstan Milli Bankı (GMB) əvvəlki iki ay ərzində ehtiyatların azalmasından sonra mart ayında daxili bazarda valyuta alışını bərpa edib.

ABC.AZ xəbər verir ki, bu barədə GMB prezidenti Natia Turnava bildirib.

Onun sözlərinə görə, ümumilikdə ölkəyə xeyli xarici valyuta axını müşahidə olunur.

O, Gürcüstan larisinin ABŞ dollarına qarşı məzənnəsinin möhkəmləndiyini və inflyasiyanın məhdudlaşdırıldığını qeyd edib.

"Larrinin daha da gücləndiyini görmək olar, fevral inflyasiyası 3% hədəfdən aşağı olub 2,4% təşkil edir, buna görə hər şey ehtiyatları doldurmağa başlaya biləcəyimizi göstərir", — Turnava deyib.