Səudiyyə Ərəbistanı Asiya və Avropa dövlətlərinə verilən neftin qiymətini aşağı salacaq

16:51 - 10.03.2025


10 mart, Fineko/abc.az. Aprel ayında Səudiyyə Ərəbistanı Asiya və Avropa dövlətlərinə tədarük üçün nəzərdə tutulan neftin qiymətini azaltmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə "Saudi Aramco" dövlət şirkəti məlumat verib.

Xüsusilə, Asiya bölgəsi üçün Arab Light markanın qiyməti bir barelə 0,4 dollar azalacaq.

Beləliklə, onun dəyəri Oman / Dubay neft səbətinin qiymətini 3,5 dollar üstələyəcək.

Avropanın şimal-qərbində yerləşən ölkələr üçün gələn ay Səudiyyə neftinin qiyməti bir barelə 0,2 dollar, Aralıq dənizi ölkələri üçün isə bir barelə 0,3 dollar az olacaq.

Eyni zamanda, Amerika istehlakçıları üçün qiymət siyasəti dəyişməz qalacaq.