19:15 - 7.03.2025
7 mart, Fineko/abc.az. "Naftoqaz Ukrayna" şirkəti Polşanın “Orlen” neft emalı şirkəti ilə Litvadan Polşa ərazisindən Ukraynaya mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü barədə saziş imzalayıb.
ABC.AZ xəbər verir ki, müqavilə Ukraynaya 100 milyon kubmetr mayeləşdirilmiş təbii qaz tədarükünü nəzərdə tutur. “Orlen” İdarə Heyətinin əməliyyat fəaliyyəti üzrə vitse-prezidenti Robert Soşinski qeyd edib ki, iki şirkətin əməkdaşlığı kommersiya şərtlərinə əsaslanacaq, lakin "Naftoqaz"ın ödəməli olduğu məbləği açıqlamayıb.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026