ARDNF ötən il 44,8 ton qızıl alıb

12:15 - 6.03.2025


6 mart, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu bu il qızıl ehtiyatlarını 170 tona çatdıracaq.

ABC.AZ xəbər verir ki, bunu Fondun İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov deyib.

O bildirib ki, 2024-cü ildə Fond 44,8 ton qızıl alıb və 41 tonu ölkəyə gətirilib. Ehtiyatların həcmi isə 146.6 tona çatdırılıb.

“Qızıl alışları davam etdirilir və bu ilin aprel-may aylarında alışların davam etdirilməsinin 170 tona, portfeldə payının isə 25%-ə çatdırılması planlaşdırılır”, – Fərhad Zeynalov əlavə edib.