Neft bahalaşır, Brent bir barelə $69,72 təşkil edir

09:20 - 6.03.2025


6 mart, Fineko/abc.az. Etalon markaların qiymətləri bu həftə təxminən 5% düşdükdən sonra cümə axşamı ticarətində yüksəlir.

Brent markalı neftin may fyuçersləri ICE Futures birjasında saat 09:16-da $0,42 (0,61%) artaraq bir barelə $69,72-a yüksəlib. Martın 5 - də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin may fyuçersləri $1,74 (2,45%) ucuzlaşaraq bir barelə $69,30-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin aprel fyuçersləri saat 09:16-da $0,40 (0,60%) artaraq bir barel üçün $66,71-a yüksəlib. Martın 5-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin aprel fyuçersləri $1,95 (2,86%) ucuzlaşaraq bir barelə $66,31-a düşüb.

Bu həftənin üç sessiyasının nəticələrinə görə, Brent markalı neft 4,82%, WTI markalı neft isə 4,95% ucuzlaşıb.