Neft ucuzlaşır, Brent bir barelə $70,85 təşkil edir

09:20 - 5.03.2025


5 mart, Fineko/abc.az. Etalon markaların qiyməti çərşənbə günü ticarətdə enməyə davam edir.

Brent markalı neftin may fyuçersləri ICE Futures birjasında saat 09:16-da $0,19 (0,27%), bir barel üçün $70,85-a düşüb. Martın 4 - də keçirilən hərracların nəticələrinə görə, Brentin may fyuçersləri $0,58 (0,81%) ucuzlaşaraq bir barel üçün $71,04-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti saat 09:16-da $0,54 (0,79%) azalaraq bir barel üçün $67,72-a düşüb. Martın 4-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin aprel fyuçersləri $0,11 (0,16%) ucuzlaşaraq bir barel üçün $68,26-a düşüb.