Neft ucuzlaşır, Brent bir barelə $71,13 təşkil edir

09:15 - 4.03.2025


4 mart, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə, çərşənbə axşamı ticarətində etalon markaların qiyməti azalmağa davam edir.

ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti saat 09:14-də $0,49 (0,68%), bir barel üçün $71,13-a düşüb. Martın 3 - də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin may fyuçersləri $1,19 (1,63%) ucuzlaşaraq bir barelə $71,62-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti saat 09:14-də $0,26 (0,38%) azalaraq bir barelə $68,11-a düşüb. Martın 3-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin aprel fyuçersləri $1,39 (1,99%) ucuzlaşaraq bir barelə $68,37-a düşüb.