ARDNŞ-nin bu İdarəsi yanvarda ən çox ixrac həyata keçirən şirkət oldu

12:32 - 28.02.2025


28 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, yanvarda ən çox ixrac həyata keçirən şirkətlərin reytinqi dərc edilib.

ABC.AZ xəbər verir ki, hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir.

Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərenerji” ATSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Avia-Aqreqat Zavodu” MMC, “Qaradağ Şüşə Zavodu” ASC.