Valyuta hərracında bankların tələbi 45,4% azalıb

12:37 - 27.02.2025


27 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, fevralın 27-də keçirilən valyuta hərracında bankların tələbi 28,6 milyon dollar təşkil edib və tam təmin edilib.

Bu, ötən hərracdan 23,8 milyon dollar (45,4%) azdır. Qeyd edək ki, fevralın 25-də keçirilən valyuta hərracında tələb 52,4 milyon dollar təşkil edib.

Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN/USD təşkil edib.

2025-ci ilin fevral ayında banklar tərəfindən valyuta hərraclarında 365,1 milyon dollar alınıb ki, bu da 2024-cü ilin fevral ayından 58,06 % azdır.